Təhsil

DİM bakalavrlara müraciət edib

20 May 2019 10:35
0 Şərh     Baxış: 1 337
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2019-2020-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının 26 may 2019-cu il tarixində keçiriləcək II mərhələsində 53 №-li proqram üzrə Bakı şəhərində imtahan verəcək bakalavrlar test imtahanını Bakı şəhərində, imtahana buraxılış vərəqəsində göstərilən ünvanda kompüter vasitəsilə verəcəklər.

Dövlət İmtahan Mərkəzindən (DİM) Milli.Az-a verilən məlumata görə, həmin proqram üzrə Gəncə və Naxçıvan şəhərlərində imtahan verəcək bakalavrlar isə test imtahanını həmin şəhərlərdə, buraxılış vərəqəsində göstərilən ünvanlarda kağız formatında verəcəklər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.