Təhsil

Kolleclərdə tədris kredit sistemi təşkil olunacaq

17 Yanvar 2018 11:25
0 Şərh     Baxış: 1 164
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2017/2018-ci tədris ilinin qış imtahan sessiyasından başlayaraq, orta ixtisas təhsili müəssisələrində tədris kredit sistemi ilə təşkil olunacaq.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bununla bağlı təhsil naziri vəzifəsini müvəqqəti icra edən, nazir müavini Ceyhun Bayramov Nazirlər Kabinetinin 11 yanvar 2018-ci il tarixli 9 nömrəli qərarının - "Orta ixtisas təhsili müəssisələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları"nın icra olunması haqqında əmr təsdiq edib.

Əmrdə göstərilir ki, orta ixtisas təhsili müəssisələrinin rəhbərləri qərarın 2017/2018-ci tədris ilinin qış imtahan sessiyasından başlayaraq tətbiq olunmasını təmin etsinlər.

Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsi qərardan irəli gələn məsələləri həll etsin və digər zəruri tədbirləri həyata keçirsin.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.