Təhsil

Nazir dərsliklər barədə: "Hər bir dərsliyin istifadə müddəti 4 ildir"

11 Sentyabr 2017 14:25
Baxış: 3 109
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda sentyabrın 15-də 60-a yaxın modul məktəb istifadəyə veriləcək. Bu ilin sonuna kimi 100 modul məktəbin istifadəyə verilməsi planlaşdırılır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu təhsil naziri Mikayıl Cabbarov jurnalistlərə deyib.

O qeyd edib ki, ümumilikdə yeni tədris ilinə hazırdırlar. Tədris ilinə hazırlıq məqsədi ilə yay aylarında bütün lazımi və zəruri işlər həyata keçirilib.

Nazir əlavə edib ki, Azərbaycanın qanunvericiliyinə uyğun olaraq, hər bir dərsliyin istifadə müddəti 4 ildir və 4 ildən bir həmin dərsliklər çap edilir: "Hər il qanunvericiliyə uyğun olaraq, həm yeni dərsliklər, həm də 4 illik istifadə müddəti tamam olan dərsliklərin çapı həyata keçirilir".

M.Cabbarovun sözlərinə görə, bu ildə əldə edilən ən mühüm nəticələrdən biri müəllim peşəsi nüfuzunun tam bərpasıdır: "Bunu müəllimlərin işə qəbul imtahanlarında iştirak edən namizədlərin sayından da görürük. Bu il 49 min namizəd müsabiqəyə qatılıb, 2013-cü ildə isə bu rəqəm 14 minə yaxın idi. Müəllimlik ixtisaslarını seçən abituriyentlərin ballarının da artdığını müşahidə edirik. Əgər əvvəllər 500-600 balla müəllimlik ixtisasına gedən abituriyentlər yox idisə, bu gün yüksək balla həmin ixtisasları seçənlərin sayı 100-lərlə ölçülür".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.