Təhsil

Azərbaycanda daha çox bu ölkələrin diplomları tanınmır

2 Dekabr 2016 13:54
0 Şərh     Baxış: 6 872
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Azərbaycan Təhsil Nazirliyi tərəfindən tanınmayan diplomlar arasında daha çox MDB ölkələrinin - Rusiya, Ukrayna və Gürcüstanın təhsil müəssisələrinin diplomları çoxluq təşkil edir".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin rəisi səlahiyyətlərini icra edən Samir Vəliyev jurnalistlərə deyib.

Onun sözlərinə görə, 2007-ci ildən bu günə qədər nazirliyə 25 mindən çox xarici ölkə diplomlarının tanınması ilə bağlı müraciətlər daxil olub:

"Onların 70-75 faizi təsdiqlənib. Yerdə qalan diplomlar bu və ya digər səbəbdən tanınmayıb. Nostrifikasiya ilə əlaqədar müvafiq dövlət orqanlarından şəxsin gediş-gəlişini təsdiqləyən məlumatlar alırıq. Normativ müddət uyğun gəlmirsə, biz diplomların tanınmasından imtina edirik. Ancaq diplomların tanınmaması onun saxta olması demək deyil. Xaricdə təhsil almağa üz tutan şəxs ilk növbədə düşünməlidir ki, daha yaxşı təhsil arxasınca gedir. Çünki buna həm vəsaiti, həm də zamanı sərf olunur. Onun əldə etdiyi diplom nostrifikasiya prosedurlarına uyğun əldə olunmalıdır ki, həmin diplom ölkə tərəfindən tanınsın".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.