Təhsil

Dərs buraxanlar nə vaxtdan cərimələnəcəklər?

8 Fevral 2016 17:21
13 Şərh     Baxış: 5 676

"Hələlik dərs buraxmağa görə cərimələnən şagird olmayıb".
 
Milli.Az bildirir ki, bu barədə Təhsil Nazirliyi lent.az-ın sorğusuna cavab olaraq deyib.
 
Nazirliyin məlumatına görə, bir ay ərzində 7 gündən çox dərs buraxılmasına görə inzibati cəzanın tətbiqinə hələ başlanmayıb. Belə ki, dövlət başçısının "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanununun tətbiqi barədə" fərmanının 1.3-cü bəndində dünyəvi icbari ümumi orta təhsil üzrə dərs gününün şagird tərəfindən bir ay ərzində 7 gündən çox buraxılmasına görə inzibati cəzanı istisna edən səbəblərin də əksini tapacağı icra mexanizmi Nazirlər Kabineti tərəfindən təsdiq edildikdən sonra inzibati cəzanın tətbiqinə başlanılacaq.
 
Ona görə də hələlik dərs buraxmağa görə cərimələnən şagird olmayıb.
 
Nazirlikdən o da bildirilib ki, şagirdlərin dərsə davamiyyətinin yaxşılaşdırılması daim gündəlikdə olan məsələdir və bu istiqamətdə məqsədyönlü iş aparılır.
 
Xatırladaq ki, ötən il İnzibati Xətalar Məcəlləsinə bu məsələ ilə bağlı müvafiq dəyişiklik edilib. Yeni dəyişikliyə əsasən, 1 ay ərzində 7 gündən artıq dərs buraxan şagirdin valideyni 100 manat məbləğində cərimələnəcək. Dəyişikliyə görə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi səbəblər istisna olmaqla, dünyəvi icbari ümumi orta təhsil üzr dərs gününün şagird tərəfindən 1 ay ərzində 7 gündən çox buraxılmasına görə 100 manat miqdarında cərimə tətbiq edilir.  

Milli.Az

loading...

Şərh yaz:

13 Şərh:

  • Anonim
    Valideyn · 8 Fevral 2016 19:5900

    Keyfiyyətli təhsil təqdim edilərsə heç kim dərsdən qalmaz. Dərsə gəlməyən yuxari sinif şagirdləridir, onlar da hazirlığa getdiklərindən çatdırmırlar. Xoş günümüzdəndir?... Artıq pulumuz var?...

    Cavab yaz
    • Anonim
      telebe · 9 Fevral 2016 10:4200

      5ci sinifden hazirliga gedirler.yene de catdirmirlar.bu nece olur? biz ADI orta mekebde oxuya oxuya, yalniz 11-ci sinifden BEZI fennlerden hazirliga gede-gede, demek olar ki 100% dersde de ishtirak edirdik, universitete de hazirlashirdiq.qebulda da 600 baldan yuxari netice gosterirdik.indiki valideynler niye bele terefkeshlik edir ushaqlarin?

      Cavab yaz
  • Anonim
    gulu · 8 Fevral 2016 20:0500

    Yaxsi olardi. Belke olkemiz ireli gede

    Cavab yaz
    • Anonim
      Маммэдов · 9 Fevral 2016 02:5800

      valdeyinere cerme yazsalar olkemiz ireli gedecek

      Cavab yaz
  • Anonim
    gulu · 8 Fevral 2016 20:2300

    Serhimi niye vermirsiniz

    Cavab yaz
  • Anonim
    anonim · 8 Fevral 2016 20:4100

    Bes muellimler hskindada bir qerar qirin hefteni ele olur diri gelmiler mmuellimler xayis eliyirik buna baxilsin sexse berde rayon sahveller mektebi eledi dersler bos kecir evde özumuz elacsiz qalib usaqnan maraqllaniriq ferdi mellim yanina gönderirik.

    Cavab yaz
  • Anonim
    MENASIZ HEYAT. · 8 Fevral 2016 20:4800

    CAMMAT OZ OVLADINA VAXTI VAXTINDA YEDIZDIRE BILMIR BULAR CERIME EDIRLER.

    Cavab yaz
  • Anonim
    MENASIZ HEYAT. · 8 Fevral 2016 20:4800

    N

    Cavab yaz
  • Anonim
    admin · 9 Fevral 2016 00:1000

    Birdefe gormedim yazsinlarki filan yerde iw yeri acilif iwzderi iwle temin edirik

    Cavab yaz
  • Anonim
    farah · 9 Fevral 2016 01:2500

    Mənim qızım 20 nömrəli məktəbdə oxuyur.hələ dərs buraxmayıb.dərslər çox ciddi və maraqlı keçir.məktəbin direktoru Elşad müəllim hər gün siniflərə nəzarət edir.

    Cavab yaz
  • Anonim
    Turan-F · 9 Fevral 2016 09:1500

    Məktəbə getməmək üçün direktora pul verən valideynlər və həmin direktorlar həbs olunmalıdır.

    Cavab yaz
  • Anonim
    insan · 9 Fevral 2016 11:4500

    omrumde bir defd dersden galdim, 11- ci sinifde, onu da direktoe zeng edib cagirdi ki, niye dersde yoxsan...eger kimse oxumag istemirse onu zorla getirib dersde otuzdurmagin ne menasi? cerime olmayib artig pul vermeyin derdinden gelib dersde oturacag ve muellim - shagird kollektivine ders boyunca mane olacag,,,belelerini derse buraxmagdansa basga tedbir gormek lazimdir...ya derse gelirssn ne ucun geldiyinin mahiyyetine var ve sonra gel, eger maragi yoxdursa 9 cu sinifden sonra gondersinler peshe mektebine...bir senet oyrensin...bunun gunahi da bezi valideynlerdedir...derse maragi olmayan ushagini 11 ci sinifde hazirliga gondererek 11 ilde oyrenmediyini 1,ilde ona yedirtib uniye gebul olmagini isteyir...

    Cavab yaz
  • Anonim
    insan · 9 Fevral 2016 11:4800

    bizim.sinifde indi de yadimdadir, hazirliga filana getmeden necw ushag ilin yarisinda fikirlerini deyiahib ixtisas gruplarini deyishdiler...indi hansi abituriyent bele eder? axi hazirliga 3cu grup uzre geden, yanvardan sonra 2 ci grupa deyishmez fikrini...o yalniz bir grup uzre yarim il hazirlashib...hamiya shamil etmirem, amma ekseroyyet beledir...savadsiz ushag yigini...ushaglarim hele korpedir amma artig tehsil meseleleri meni indiden narahat edir...cunki bizde tehsil.sistemi en son onem verilwn sahedir...sherhlerimi verin hormetli Milli.az,,,evvelkini de bunu da

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.