Sağlamlıq imkanları məhdud uşaqların I sinfə qəbul olunmaları üçün www.mektebeqebul.edu.az elektron sistemində qeydiyyatdan keçdikdən sonra 5 (beş) iş günü müddətində valideyn (digər qanuni nümayəndə) sənədləri yaşayış yeri üzrə Rayon Təhsil Sektoruna təqdim edir.
Milli.Az xəbər verir ki, bu barədə MÜTDA-nın məlumatında deyilir.
Bildirilib ki, bunun üçün aşağıdakı sənədlər tələb olunur:
1. valideynin (digər qanuni nümayəndənin) himayəsində olan xüsusi təhsilə ehtiyacı olan övladının psixoloji-tibbi-pedaqoji komissiyanın müayinəsindən keçirilməsi üçün razılıq ərizəsi;
2. valideynin (digər qanuni nümayəndənin) şəxsiyyət vəsiqəsinin surəti;
3. uşağın şəxsiyyət vəsiqəsinin surəti;
4. uşağın xəstəliyi ilə bağlı yaşayış yeri üzrə xidmət göstərən poliklinikanın baş həkimi tərəfindən təsdiq edilmiş ətraflı tibbi arayış (forma 27U);
5. yaşayış yerindən arayış. - Psixoloji-tibbi-pedaqoji komissiya müayinə sənədlərini qəbul edərək on gün ərzində uşağın müayinə olunacağı günü təyin edir. - Psixoloji-tibbi-pedaqoji komissiya bir ay müddətində xüsusi təhsilə ehtiyacı olan uşağın müayinəsini keçirir və uşağın məhdudiyyətlərinə və imkanlarına əsaslanaraq təhsilinin təşkilinə dair qərar qəbul ediir. Qərar, müayinə sənədlərinin surəti və komissiyanın uşağın inkişafının qiymətləndirməsinin nəticələri onun təhsil alacağı təhsil müəssisəsinə göndərilir.
Milli.Az