Direktor və müavin olmaq istəyənlərin NƏZƏRİNƏ
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Peşə Təhsili üzrə Dövlət Agentliyi tabeliyində olan, həmçinin Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində olan peşə təhsili müəssisələrinə direktor və direktor müavinlərinin mərkəzləşmiş müsabiqə ilə işə qəbuluna başlanılıb.
Bu barədə Milli.Az-a Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib.
Qeyd edilib ki, peşə təhsili müəssisələrində direktor və direktor müavini kimi çalışmaq istəyən şəxslər 2025-ci ilin 22 yanvar - 7 fevral tarixləri arasında https://portal.edu.az/ elektron müraciət portalı vasitəsilə qeydiyyatdan keçə bilərlər.
Müsabiqə çərçivəsində ümumilikdə respublika üzrə 14 direktor və 54 direktor müavini vakansiyası elan olunur.
Direktor və direktor müavinlərinin işə qəbulu müsabiqəsi elektron ərizə qeydiyyatı və vakant yerlərin seçilməsi, ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı və müsahibə mərhələlərindən ibarətdir. Ərizələri təsdiq edilən namizədlər fevral ayında qanunvericilik, məntiq və müvafiq sahəyə aid suallardan ibarət imtahana dəvət ediləcəklər. Müsahibələrin keçirilməsi mart ayında nəzərdə tutulur.
Peşə təhsili müəssisələrində direktor və direktor müavini olmaq istəyən şəxslər üçün qanunvericiliklə müəyyən olunan minimum tələblər bunlardır:
Direktor vəzifəsi üçün: ali təhsil müəssisələrini müvafiq ixtisaslar üzrə bitirmiş və müvafiq sahə üzrə 5 ildən az olmayan əmək stajına malik şəxslər;
Tədris və təlim işləri üzrə direktor müavini vəzifəsi üçün: pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ali təhsil və ya təhsil müəssisəsinin profilinə uyğun ali təhsil, pedaqoji və ya rəhbər
vəzifələrdə 3 ildən az olmayaraq əmək stajına malik şəxslər.
Tərbiyə işləri üzrə direktor müavini vəzifəsi üçün: pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ali təhsil və ya təhsil müəssisəsinin profilinə uyğun ali təhsil, pedaqoji və ya rəhbər vəzifələrdə 3 ildən az olmayaraq əmək stajına malik şəxslər.
İnzibati təsərrüfat işləri üzrə direktor müavini vəzifəsi üçün: orta ixtisas təhsili, yaxud ali təhsil, inzibati-təsərrüfat işlərində təcrübəsi olan şəxslər.
Milli.Az
XƏBƏR LENTİ
-
Türkiyədə məşhur telekanalın yayımı dayandırıldı - Saxlanılanlar var
-
Ordumuzun ilk qadın snayperi vəfat etdi - (Foto)
-
Roma Papasının ağciyərində xərçəng aşkarlandı
-
Nişanını qaytaran Nigar Tofiqdən diqqət çəkən sözlər - (Video)
-
Bu ərazilərdə qaz olmayacaq
-
Azərbaycan UEFA reytinqində irəlilədi
-
Azərbaycanda 100-dən çox dövlət saytı kiberhücuma məruz qaldı
-
Tupak Şakurun qatilinə bu cəza verildi
-
Putin Rusiyanın Ukrayna zərbələrindən nə qədər zərər gördüyünü açıqladı
-
Bakının bu ərazilərində işıq olmayacaq
-
ÇL: “Qalatasaray” “Barselona”ya darmadağın oldu - Nəticələr
-
Dırnaqlardakı dəyişikliklər hansı xəstəliklərdən xəbər verir?
-
Evdə "Coca-Cola" hazırlamağın sirri açıqlandı
-
Yapon yumurtası necə hazırlanır? (Zərf üsulu)
-
Fərqli markaların batareyalarını birlikdə istifadə etmək olar?
-
Yumurtanı bir ilədək dondurub saxlamağın düzgün üsulları
-
Heyva mürəbbəsinə əlavə edilən 4 aromatik ədviyyat
-
"Tupak Şakurun qətlini təşkil edən şəxs ömürlük həbsə məhkum edilib" - (Foto)
-
Tualet kağızını unitaza atanlar diqqətlə oxusunlar
-
Bir yaşlı Məhəmməd anası tərəfindən amansızlıqla qətlə yetirilib - Təfərrüat
-
Trampdan Husi hücumlarına sərt reaksiya: "Seçkilərdən sonra da buradayam və bunu unutmayacağam"
-
Günün qoroskopu: İstədiklərinizi əldə etmək üçün addımlar atın
-
Alyona Əliyeva “44” filminin təqdimatından görüntülər paylaşıb - (Foto)
-
“Sabah”a uduzduqdan sonra komandasını tənqid etdi





