Azərbaycanda bakalavr pilləsi ləğv edilə bilər?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Rusiya universitetləri 2026-cı il sentyabrın 1-dən yeni ali təhsil sisteminə keçir. Ali təhsilin bakalavr pilləsi ləğv ediləcək. Artıq iki yeni təhsil səviyyəsi tətbiq olunacaq: əsas ali (5-6 il) və ixtisaslaşdırılmış (1-3 il).
Bəs Azərbaycanda bu model tətbiq oluna bilərmi?
Məsələ ilə bağlı Trend-in suallarının cavablandıran Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov bildirib ki, Azərbaycanda bu modelin tətbiq olunması gözlənilmir.
"Çünki Azərbaycan Bolonya sisteminə qoşulub və Bolonya təhsil sistemində bakalavr, magistr, doktorantura, təhsilin pillələri ali təhsilin pillələri olaraq nəzərdə tutulur.
"Rusiya bu sistemə keçərək Bolonya sistemindən imtina edib. Bu sistem nə qədər uğurlu və ya uğursuz olacaq, bunu zamanı göstərəcək. Amma dünyada ali təhsil təkcə Bolonya sistemi üzərində qurulmayıb və fərqli sistemlər var. Fərqli təhsil sistemləri həm də rəqabət üçün bir meydan deməkdir.
Bu baxımdan, Rusiyada yeni təhsil sisteminə keçid və bakalavr pilləsinin ləğvi özünü nə dərəcədə doğruldacaq, bunu zaman göstərəcək. Əslində, ad dəyişsə də, ixtisaslaşmış təhsil (1-3 il ərzində) magistr təhsil pilləsinə uyğundur. Magistr təhsili tam ali təhsil və eyni zamanda, həm də ixtisaslaşmanın daha dərin məzmun əsasında formalaşması idi.
Azərbaycanda bu modelin tətbiq olunmaması bu gün müzakirə mövzusu deyil. Çünki Azərbaycan, dediyim kimi, ali təhsil standartları müəyyənləşdirib. Bu standartlar Avropaya uyğunlaşdırılıb. Bir standartdan digərinə keçid də çətindir. Burada həm məzmun infrastrukturu, həm də pedaqoji infrastruktur nəzərdə tutulur. Bu baxımdan, düşünmürəm ki, Azərbaycan formalaşmış standartdan imtina etsin. Bolonya sistemi artıq oturuşmuş və eyni zamanda, beynəlxalq səviyyədə uğurlu sistem kimi özünü təsdiq etmiş bir sistemdir", - deyə o bildirib.
Təhsil eksperti Elşən Qafarov isə bildirib ki, Azərbaycan da Bolonya sistemindən imtina edə bilər.
"Azərbaycan tam şəkildə Bolonya sisteminə qoşulub, lakin Rusiyada vəziyyət fərqli idi. Orada bir çox universitet Bolonya sisteminə qoşulsa da, bəzisi qoşulmamışdı.
Hazırda isə Rusiya yeni təhsil sisteminə keçid edir. Bakalavr, magistr təhsili yerinə əsas və ixtisaslaşmış ali təhsil yaradılır. Düşünürəm ki, Azərbaycanda magistr təhsili formal şəkildə həyata keçirilir. Ali təhsilin həm məzmunu da, həm də strukturunda ciddi dəyişikliyə ehtiyac var. İstisna etmirəm ki, Azərbaycan da Bolonya sistemindən imtina edə bilər. Çünki bu sistem ölkəyə heç nə vermədi. Bəlkə də, bu sistem bizdə effektiv olmadı. Dövlət olaraq, bizim hüququmuzdur ki, hansısa sistemdən imtina edək, yeni sistemə keçid edək",- deyə o əlavə edib.
Təhsil eksperti Elçin Süleymanov qeyd edib ki, Azərbaycanda bakalavr pilləsinin ləğvi yox, bəzi humanitar ictimai ixtisaslarda təhsil müddətinin qısaldılması müzakirə edilir.
"Azərbaycan uzun müddətdir Bolonya sisteminə qoşulub və Avropa universitetləri ilə kifayət qədər yaxşı əlaqələri var. Təhsilin inkişafı strategiyasında da dünya təhsilinə inteqrasiya mövcuddur. Ona görə, düşünmürəm ki, Bolonya sistemindən çıxılsın. Cəmiyyətdə, dünyada gedən inkişaf mütləq izlənməlidir. Təhsil dinamik bir sistemdir. İnteqrasiya inkişaf etmiş ölkələrin təhsil sisteminə doğru olmalıdır. Yeni təhsil sisteminə keçid hazırda Azərbaycan üçün aktual deyil", - deyə o vurğulayıb.
Milli.Az
XƏBƏR LENTİ
-
Premyer Liqa: "Kəpəz" "Şəfa"nı məğlub edib
-
Zeytunla başlayan, musiqi ilə davam edən gün - (Foto)
-
“İspan simfoniyası” virtuoz skripkaçı Elvin Xoca Qəniyevin ifasında Polşada gur alqışlarla qarşılanıb - (Foto/Video)
-
Türkiyədən Yunanıstana xəbərdarlıq
-
Kiyevdə partlayışlar baş verib
-
Azərbaycan məktəblərində hicab məsələsi türkiyəli jurnalistlə müzakirə olunub
-
Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir
-
Gəncədə 49 yaşlı kişi bıçaqlandı
-
Dilarə Əliyevaya yeni vəzifə verildi
-
Sumqayıtda maşın piyadaları vurdu, sonra yandı
-
Milli Dram Teatrında Xalq yazıçısı, görkəmli dramaturq İlyas Əfəndiyevin anım günü keçirilib - (Foto)
-
Zığda yaşayış binasındakı yanğın söndürüldü - (Yenilənib)
-
Xocalının 3 kəndinə 7,3 milyon manat xərclənəcək
-
Hava ilə bağlı xəbərdarlıq edildi
-
Onların maaşına 50 faizədək əlavə veriləcək
-
Kafedəki davada saxlanılan deputat oğlunun fotosu
-
“QƏLƏBƏ NƏĞMƏSİ” - Gəncədə
-
Payızda bu qidaları süfrənizdən əskik etməyin
-
Qubadlının dirçəlişi Dövlət Proqramının mühüm hissəsidir - Kamaləddin Qafarov
-
Bəzi pensiya alanları hansı dəyişikliklər gözləyir?
-
Zeytun Festivalının ikinci günü başladı - (Foto)
-
Bakıya leysan yağacaq - Proqnoz verildi
-
Xəzərdə kütləvi balıq tələfatı - Azərbaycana təhlükə gözlənilir?
-
Xaçmazda 1 hektardan çox ərazini əhatə edən park yenilənir - (Foto)





