Təhsil

Müəllimlər öz müraciətləri əsasında erkən sertifikasiyada iştirak edə bilər?

7 Sentyabr 2022 14:14
Baxış: 936
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müəllimlərin öz müraciətləri əsasında erkən sertifikasiyada iştirak edə bilib-bilməmələrinə aydınlıq gətirilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında qeyd edib ki, bunun üçün nazirliyə büdcə planlaması lazımdır.

"Biz bu prosesi könüllü etsəydik, yüksək bal toplamaq istəyən bütün müəllimlər sertifikasiyada öncə iştirak edəcəkdi və digər müəllimlər kölgədə qalacaqdı. Ona görə də bu bəlli bir plan əsasında həyata keçiriləcək. Əvvəl də belə olub, bildiyiniz kimi biz diaqnostika imtahanlarını da mərhələli şəkildə etdik. Təbii ki, hansı məktəblərdə təhsilin daha səmərəli təşkilini görürüksə, orada sertifikasiyanı daha tez etməyə çalışacağıq. Digər tərəfdən buraxılış fənlərini tədris edən müəllimlərin sertifikasiyasını əvvələ salacağıq",- deyə nazir bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.