Təhsil

“Belə müəllimin şagird qarşısına çıxması günahdır”

23 Avqust 2022 16:08
Baxış: 1 086
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"İbtidai sözünü "p" ilə yazan müəllimin şagird qarşısına çıxması günahdır".

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirdiyi brifinqdə bildirib.

O qeyd edib ki, sertifikasiya imtahanı müəllimlərin yüklənməsi deyil: "Müəllimlər 5 ildə 2 saat imtahan verir və imtahanın nəticəsinə uyğun olaraq biz onların maaşını 10 və ya 35 faiz artırırq. Hesab edirəm ki, bu, yüklənmə və ya ədalətsizlik deyil. Əksər müəllimlərin burada heç bir problemi olmayacaq. Bu, müəllim sözünü "məllim", qrup sözünü "qurup" kimi yazanlarla bağlı ola bilər. Sertifikasiyanın mahiyyəti həm də müəllimin həvəsləndirilməsidir, məqsədimiz müəllimləri yormaq deyil".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.