Təhsil

İki dövlət liseyinin direktoru təqaüdə göndərildi

15 İyul 2022 17:18
Baxış: 743
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İyulun 15-də təhsil naziri Emin Əmrullayev çalışmanın yaş həddinə çatmış "Zəngi" liseyinin və "Elitar" gimnaziyanın direktorları ilə görüşüb.

Təhsil Nazirliyindən verilən məlumata görə, görüşdə "Zəngi" liseyinin direktoru Almaz Əsgərova və "Elitar" gimnaziyanın direktoru Sevda Quliyeva iştirak edib.

Təhsil naziri Emin Əmrullayev hər iki ümumi təhsil müəssisəsinin direktoruna 40 illik pedaqoji fəaliyyətləri dövründə təhsilin inkişafına verdikləri töhfəyə, gənc nəslin təlim-tərbiyəsi sahəsində uzunmüddətli səmərəli xidmətlərinə görə təşəkkür edib.

Direktorlar da öz növbəsində onların əməyinə verilən dəyərə görə minnətdarlıqlarını ifadə ediblər.

Sonda direktorlar Təhsil Nazirliyinin "Təşəkkürnaməsi" ilə təltif olunublar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.