İqtisadiyyat

Azərbaycan əhalisi benzin və dizelə 2 milyard manata yaxın pul xərcləyib

21 Oktyabr 2021 21:23
0 Şərh     Baxış: 805
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2021-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan əhalisi avtomobil benzini və dizel yanacağına 1 milyard 821 milyon manat pul xərcləyib.

Milli.Az Trend-ə istinadən bildirir ki, ümumilikdə, 2021-ci ilin yanvar-sentyabr aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 30 milyard 350,1 milyon manatlıq, o cümlədən 16 milyard 406,3 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 13 milyard 943,8 milyon manatlıq qeyri-ərzaq malları satılıb.

2020-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 2,8 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,4 faiz, qeyri-ərzaq malları üzrə 3,3 faiz artıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.