İqtisadiyyat

Rusiya Azərbaycanda işgüzar fəaliyyətini genişləndirməkdə maraqlıdır - Zaxarova

21 Oktyabr 2021 19:40
Baxış: 588
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın biznes nümayəndələri bu ilin sonuna kimi Azərbaycana bir neçə işgüzar səfər etməyi planlaşdırır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova bildirib.

"İşgüzar missiya əməkdaşlığın perspektivli sahələrini müəyyən etmək üçün bu il iyulun 23-də Bakıda səfərdə olub. 17-18 noyabrda bir qrup yerli şirkət Azərbaycana yenidən səfər etməyi planlaşdırır" - deyə, Zaxarova qeyd edib.

Zaxarova bildirib ki, Rusiya Azərbaycanda işgüzar fəaliyyətini genişləndirməkdə maraqlıdır: "Biz bu cür birgə işi Moskva ilə Bakı arasındakı əlaqələrin vacib bir komponenti hesab edirik və bunun təşviqi üçün əlimizdən gələni edəcəyik".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.