İqtisadiyyat

KOBİA "Rebuild Karabakh" sərgisində xüsusi stendlə təmsil olunur - FOTO

20 Oktyabr 2021 17:15
Baxış: 526
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Oktyabrın 20-də Bakı Ekspo Mərkəzində "Rebuild Karabakh" - 1-ci Azərbaycan Beynəlxalq "Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı" Sərgisi öz işinə başlayıb.

Milli.Az bildirir ki, İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) də sərgini dəstəkləyən qurumlardandır və sərgidə xüsusi stendlə təmsil olunur. KOBİA-nın stendində işğaldan azad olunmuş ərazilərimizə investisiya qoyuluşunda və biznes layihələri həyata keçirməkdə maraqlı olan yerli və xarici iş adamlarının müraciətləri yerində qəbul edilir. Burada həmçinin, işğaldan azad edilmiş ərazilərdə biznes layihələrinin reallaşdırılmasında və investisiya qoyuluşunda maraqlı olan iş adamlarından KOBİA-ya daxil olan müraciətlərə dair məlumatlandırıcı lövhə yerləşdirilib. Məlumat üçün bildirək ki, indiyədək işğaldan azad edilmiş ərazilərdə biznes qurmaq istəyən sahibkarlardan KOBİA-ya 800-dən çox müraciət daxil olub ki, bu müraciətlərin 236-sı 30 ölkədən olan xarici investorlar tərəfindən təqdim edilib.

Agentliyin stendində əməkdaşlıqda maraqlı olan yerli və xarici iş adamlarının görüşü üçün müvafiq şərait də yaradılıb. Həmçinin, KOBİA-nın stendində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində KOBİA, TÜİB və TİKA təşkilatlarının birgə dəstəyi ilə həyata keçirilən suvenir istehsalı müəssisəsi və istixana təsərrüfatı barədə məlumat verilir.

Qeyd edək ki, ilk dəfə olaraq keçirilən "Rebuild Karabakh" sərgisində 20-yə yaxın ölkədən 280-ə yaxın yerli və xarici şirkətlər iştirak edir. Sərgidə Qarabağın inkişafı üçün səmərəli məhsul, layihə və həllər nümayiş olunur. "Rebuild Karabakh" sərgisi oktyabrın 22-dək davam edəcək.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.