İqtisadiyyat

Azərbaycanın xarici ticarət dövriyyəsi 25 faizə yaxın artıb

18 Oktyabr 2021 21:05
Baxış: 566
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2021-ci il yanvar-sentyabr aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi təxminən 22,974 milyard dollardan çox təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 24,8 faiz çoxdur.

Trend bu barədə Dövlət Gömrük Komitəsinin hesabatına istinadən məlumat verir.

Hesabat dövründə Azərbaycanın ixracı 14,629 milyard dollara bərabər olub və bu 2020-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə 38,2 faiz çoxdur. İxracın ümumi xarici ticarət dövriyyəsində payı 63,68 faiz təşkil edib.

Eyni dövrdə Azərbaycana idxal 8,344 milyard dollar təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6,65 faiz çoxdur. İdxalın ümumi xarici ticarət dövriyyəsində payı 36,32 faiz təşkil edib.

Xarici ticarət dövriyyəsinin saldosu müsbət olub və 6,285 milyard dollar təşkil edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.