İqtisadiyyat

Türkiyə Azərbaycandan əlavə 11 milyard kubmetr qaz alacaq - Nazir

15 Oktyabr 2021 10:24
0 Şərh     Baxış: 1 035
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə 2024-cü ilin sonunadək Azərbaycandan əlavə təbii qaz həcmləri alacaq.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyənin enerji və təbii ehtiyatlar naziri Fatih Dönməz deyib.

O bildirib ki, Türkiyə dünyada enerjiyə tələbatın artması fonunda bu müddətin öhdəsindən rahatlıqla gələcəyini bildirib:

"Azərbaycanla 2024-cü ilin sonuna qədər qüvvədə olan saziş imzalanıb. Saziş əsasən, Bakı-Tbilisi-Ərzurum qaz kəməri ilə 11 milyard kubmetr əlavə təbii qaz əldə olunacaq".

Türkiyəli nazir, həmçinin TPAO və BOTAŞ şirkətlərinin özəlləşdirilməsi məsələsinə də toxunaraq bu məsələnin gündəmdə olmadığını bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.