İqtisadiyyat

Azərbaycanın bu sahəsinə xarici investisiyalar artacaq

6 Oktyabr 2021 12:36
0 Şərh     Baxış: 694
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda "yaşıl" enerjinin dayanıqlı inkişaf proqramlarının hazırlanması bu sektora investisiyaların artımına xidmət edəcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu ABŞ-ın Azərbaycandakı Ticarət Palatasının (AmCham) icraçı direktoru Gülnarə Aslanbəyli çərşənbə günü "Dayanıqlı inkişafın maliyyələşdirilməsi: COVID-19 pandemiyasından dayanıqlı və yaşıl bərpa" mövzusunda keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, "yaşıl" enerjinin imkanları dünya səviyyəsində tam tədqiq olunmayıb və bir çox investorlar risk etmək istəmir:

"Əminəm ki, "yaşıl" enerjinin inkişafı və bu sahədə sahibkarların dəstəklənməsi üzrə dövlət proqramlarının hazırlanması xarici investisiyaların artımına xidmət edəcək".

O əlavə edib ki, Azərbaycanın bu sahədə milli prioritetləri dəyişməz qalır: "Biz əminik ki, Azərbaycanın bərpa olunan enerji mənbələri sahəsinə xarici investisiyalar ildən-ilə artacaq".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.