İqtisadiyyat

Azərbaycanda biznesə dəstəyin əldə olunması üçün 1,9 mindən çox müraciət təsdiqlənib - Nazir - FOTO

23 Sentyabr 2021 12:21
Baxış: 388
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda biznesə dəstəyin əldə olunması üçün 1,9 mindən çox müraciət təsdiq edilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir qeyd edib ki, son bir il yarım koronavirus pandemiyası ilə əlaqədar bütün ölkələr üçün misli görünməmiş olub və Azərbaycan da bu baxımdan istisna deyil:

"Ona görə də biz birbaşa maliyyə yardımı, subsidiyalar və digər tədbirləri əhatə edən bir sıra layihələr, eləcə də dövlət və sosial dəstək tədbirlərini işə saldıq".

M.Cabbarov əlavə edib ki, bu tədbirləin əksəriyyəti gələcəkdə də davam etdiriləcək:

"Bu dəstək tədbirlərindən biri biznes üçün müraciətlərin qəbulu üzrə elektron platformadır. Burada 5,3 mindən çox müraciət olub. 1,9 mindən çox müraciət təsdiq olunub".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.