İqtisadiyyat

Rusiya İxrac Mərkəzi Azərbaycana bəzi məhsulların gətirilməsi üçün kredit verməyə hazırdır

17 Sentyabr 2021 10:04
0 Şərh     Baxış: 475
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya İxrac Mərkəzi (RİM) və "ROSEKSİMBANK" qeyri-enerji qeyri-xammal ixracı sahəsində istənilən tədarükü maliyyələşdirməyə hazırdır.

Bunu Trend-ə müsahibəsində RİM-in nümayəndəliyinin rəhbəri Nuri Quliyev deyib.

Onun sözlərinə görə, hazırda Azərbaycanda Rusiyanın yük avtomobili və vaqon texnikası, xüsusilə də müasir K5 (KamAZ) yük maşınları kimi məhsullarına tələbat var:

""Məhsul tədarükü ilə yanaşı biz xidmət və layihələri maliyyələşdirə bilərik"

N.Quliyev vurğulayıb ki, RİM-in dəstəyinin əsas hissəsi taxıl tədarükünün payına düşür:

"Maliyyələşdirmənin mühüm hissəsi maşına və vaqonqayırma, metallurgiyanın payına düşür. Biz, həmçinin Azərbaycanda metropoliten üçün vaqonların tədarükünün maliyyələşdirilməsi ilə bağlı danışıqlar aparırıq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.