İqtisadiyyat

Təyyarələrimiz Zəngəzur üzərindən uçsa, qiymətlər ucuzlaşa bilər - Ekspert

3 Avqust 2021 14:04
0 Şərh     Baxış: 1 146
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Zəngəzur dəhlizi açıldıqdan sonra təyyarələr bu ərazidən uçsa, bəzi istiqamətlərdə məsafə bir qədər azalmış olacaq. Bu da bilet qiymətlərində müəyyən qədər ucuzlaşmaya səbəb olar.

Milli.Az bildirir ki, bunu Trend-ə açıqlamasında iqtisadçı-ekspert Murad Calalov deyib.

Onun sözlərində görə, bu səbəbdən də daxili uçuşların qiyməti az miqdarda enə bilər, o ki qaldı beynəlxalq uçuşlara, bunun heç bir təsiri olmayacaq: "Çünki beynəlxalq uçuşlarda əsasən gömrük rüsumları nəzərə alınır. Gömrük rüsumu yüksək olsa, qiymət yuxarı, az olsa, aşağı olacaq. Dediyim kimi, yanacaqda o qədər də fərq olmayacağı üçün qiymətlərdə də böyük fərq gözlənilmir. Digər tərəfdən isə mənəvi baxımdan qiymətlər aşağı salına bilər ki, insanlar uçuş etsinlər. Bu, onlarda ruh yüksəkliyi yaradacaq ki, 30 ildən sonra işğaldan azad olunmuş ərazilər üzərindən uça bilirlər".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.