İqtisadiyyat

Türkiyə ilə Azərbaycan arasında Sərbəst Ticarət Sazişi üzərində iş aparılır

28 İyul 2021 10:28
Baxış: 715
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə ilə Azərbaycan arasında iqtisadi əlaqələrin gücləndirilməsi üçün daim addımlar atılır və bu istiqamətdə yaxın zamanlarda gözlənilən addımlar var.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop bu gün keçirdiyi mətbuat konfransında deyib.

M.Şentop bildirib ki, artıq Türkiyə vətəndaşları Azərbaycana, Azərbaycan vətəndaşları isə Türkiyəyə tək şəxsiyyət vəsiqəsi ilə gedib-gələ bilir:

"Bilirsiniz ki, Türkiyə ilə Azərbaycan arasında bu ilin mart ayında Preferensial Ticarət Sazişi təsdiq edilib. Hazırda Sərbəst Ticarət Sazişi üzərində iş aparılır və bu saziş təsdiq edildikdən sonra iqtisadi əlaqələrimiz daha da gücləndirəcək".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.