İqtisadiyyat

Azərbaycan Türkiyədən avtomobil idxalını təxminən 20% azaldıb

17 İyul 2021 09:06
0 Şərh     Baxış: 764
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2021-ci ilin yanvar-may aylarında Türkiyədən Azərbaycana avtomobil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 18,2 faiz azalıb və 33,853 milyon dollar təşkil edib.

Bu barədə Trend-ə Türkiyənin Ticarət Nazirliyindən bildiriblər.

May ayında Türkiyə Azərbaycana 6,318 milyon dollarlıq avtomobil ixrac edib, bu isə 2020-ci ilin eyni ayına nisbətən 45,9 faiz daha azdır.

Türkiyə ümumilikdə yanvar-may aylarında avtomobil ixracını keçən ilin eyni dövrünə nisbətən 37,1 faiz artırıb və 12,033 milyard dollarlıq avtomobil ixrac edib.

May ayında Türkiyə 1,881 milyard dollar dəyərində avtomobil ixrac edib ki, bu da 2020-ci ilin eyni ayına nisbətən 56,5 faiz daha çoxdur.

Son 12 ayda (2020-ci il may - 2021-ci il may) Türkiyə 28,803 milyard dollarlıq avtomobil ixrac edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.