İqtisadiyyat

OPEK+ Monitorinq Komitəsi razılığa gələ bilməyib - YENİLƏNİB

1 İyul 2021 22:16
0 Şərh     Baxış: 509
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

OPEC+ nazirləri bu gün keçirilən iclasda yaxın aylarda neft hasilatının nə qədər artırılmalı olduğuna dair razılığa gələ bilməyiblər və müzakirələri iyunun 2-si davam etdirəcəklər.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə "TASS"a OPEK-dəki mənbə deyib.

Mənbə bildirib: "Bir gün daha müzakirələr aparmaq qərarına gəldik. Bəli, sabah monitorinq iclası və OPEK+ görüşü olacaq".

21:35

OPEK+ Monitorinq Komitəsinin nazirləri dekabr ayına qədər neft hasilatının sutkalıq 2 milyon barrel artırılması tövsiyəsini müzakirə etdikdən sonra da diskussiyaya davam edirlər.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə "TASS"a OPEK-dəki mənbələr bildirib.

Mənbələrdən biri deyib: "Görüş başa çatmayıb, müzakirələr davam etdirilir". Digər mənbə, öz növbəsində bildirib ki, bəzi ölkələr onlara təklif edilənlərdən narazı olduğu üçün qərar aydın deyil.

Qeyd edək ki, daha əvvəl mənbələr bildiriblər ki, Monitorinq Komitəsi ilin sonuna qədər beş ay ərzində neft hasilatının sutkalıq 2 milyon barrel artırılması üzrə tövsiyə verib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.