İqtisadiyyat

Bakıda yaşayış komplekslərinin 85 faizi kanalizasiya şəbəkəsi ilə təmin ediləcək

22 İyun 2021 19:54
Baxış: 1 157
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda yaşayış komplekslərinin 85 faizi kanalizasiya şəbəkəsi ilə təmin ediləcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin sektor müdiri Aytac Əkbərli "Ekspert saatı"nda deyib.

Onun sözlərinə görə, Bakının Baş Planı çərçivəsində yaşayış komplekslərinin 85 faizinin tamamilə kanalizasiya şəbəkəsi ilə təmin olunması nəzərdə tutulur: "Bunun ətrafında müxtəlif tədbir və hədəflər irəli sürülüb. Bu hədəflərə kanalizasiya şəbəkəsinin yağış kanalizasiya sistemindən ayrılması, suyun təkrar istifadə edilməsi, dənizə birbaşa çirkli suların axıdılması kimi halların qarşısının alınması daxildir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.