İqtisadiyyat

"SOCAR Türkiyə" yeni danışıqlar aparır

18 İyun 2021 16:12
Baxış: 1 178
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəmə müəssisəsi "SOCAR Türkiyə" bu ölkədəki "Mercury" neft-kimya layihəsi ilə bağlı Böyük Britaniyanın INEOS və digər investorlarla danışıqlar aparır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu "SOCAR Türkiyə"nin Direktorlar Şurasının sədr müavini Vaqif Əliyev deyib.

O bildirib ki, "SOCAR Türkiyə" bu layihəni uzun müddətə təxirə salmaq istəmir:

"Biz bu layihəni neft-kimya sahəsində təcrübəsi olan, və ya maliyyələşmə üzrə tərəfdaşla icra edə bilərik. Türkiyədəki digər neft-kimya layihələri "Mercury" layihəsinə təsir etmir".

Onun sözlərinə görə, layihə ilə bağlı yekun qərar 2022-ci ilədək qəbul olunacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.