Bu ilin 4 ayında dəmir yolu ilə yükdaşımaları ötən ilin müvafiq dövrünə nisbətən artıb.
Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Natəvan Bayramova deyib.
O bildirib ki, koronavirus pandemiyası Azərbaycanda dəmir yolu ilə yükdaşımalara mənfi təsir göstərməyib:
"Hazırda xarici ölkələrdən yeni yüklərin cəlb edilməsi istiqamətində danışıqlar aparılır. Həmçinin Azərbaycandan keçən dəmir yolu dəhlizlərinə yeni ölkələrin cəlb edilməsi üçün də əməkdaşlıq əlaqələri qurulur".
Milli.Az