İqtisadiyyat

Azərbaycan Rusiyadan beynəlxalq pul köçürmələri üzrə I rübdə lider olub

10 May 2021 08:22
Baxış: 745
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2021-ci ilin birinci rübünün yekunlarına əsasən Rusiyadan beynəlxalq pul köçürmələri üzrə lider Azərbaycan olub. Ötən ilin analoji dövründə liderlik Qazaxıstanda olub.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə "Russkiy standart" bankının araşdırmasında deyilir.

Məlumata əsasən, Azərbaycana bir köçürmənin orta qəbzi 11,56 min rubl təşkil edib.

Beynəlxalq pul köçürmələri üzrə ikinci yerdə Belarus (bir köçürmənin orta qəbzi 10,077 min rubl), üçüncü yerdə Qazaxıstan (22,54 min rubl), dördüncü yerdə İspaniya (18,563 min rubl, beşinci yerdə isə Moldova (13, 585 min rubl) qərarlaşıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.