İqtisadiyyat

Bakı sakinləri alış-verişə bu qədər pul xərcləyib

8 May 2021 09:00
Baxış: 899
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2021-ci ilin yanvar-mart aylarında Bakıda ticarət dövriyyəsinin həcmi 2020-ci ilin yanvar-mart ayları ilə müqayisədə 0,5 faiz artaraq 5 milyard 366,7 milyon manat olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 10,3 faiz artaraq 2 milyard 749,7 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 8,0 faiz azalaraq 2 milyard 617,0 milyon manata bərabər olub.

İstehlak məhsullarının 35,2 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 48,0 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 16,8 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.