İqtisadiyyat

Vergi daxilolmalarının xüsusi çəkisi artıb - Nazir

22 Aprel 2021 16:47
Baxış: 515
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu ilin I rübündə qeyri-neft-qaz sektoru üzrə vergi daxilolmalarının ümumi daxilolmalarda xüsusi çəkisi 72,4% olub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

O qeyd edib ki, qeyri-neft sektorundan daxilolmaların artması iqtisadi fəallığın bərpasının başladığını göstərir: "Bu ilin I rübündə qeyri-neft-qaz sektoru üzrə vergi daxilolmalarının ümumi daxilolmalarda xüsusi çəkisi 72,4% olub və bu göstərici ötən ilin müvafiq dövründən 3,7% çoxdur. Qeyri-neft-qaz sektorunda müsbət dinamika davam edir və aprel ayında da ötən ilin müvafiq dövrü ilə müqayisədə əhəmiyyətli artım gözləyirik".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.