İqtisadiyyat

“TURKUAZ” layihəsi çərçivəsində ilk ekspres konteyner blok qatarı Bakıya çatıb

14 Aprel 2021 15:29
Baxış: 516
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"TURKUAZ" layihəsi çərçivəsində ilk ekspres konteyner blok qatarı Bakıya çatıb. Test qatarı hər biri 45 futluq olmaqla 21 konteynerdən ibarətdər. Qatarla Türkiyədən ölkəmizə 588 ton yük gətirilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, "Azərbaycan Dəmir Yolları" QSC-nin törəmə şirkəti olan "ADY Konteyner"- in Türkiyə və Gürcüstandan olan tərəfdaşları ilə birgə hazırladığı yeni logistik məhsul - TURKUAZ ekspres konteyner qatarı həftədə iki dəfə olmaqla İstanbul (Asiya hissəsindən) və Mersin ətrafından Bakıya və əks istiqamətdə yükdaşımalar həyata keçirəcək.

TURKUAZ ekspres blok qatarıının səfər müddəti 6 gündən ibarətdir.
Türkiyədən Azərbaycana və əks istiqamətdə ixrac -idxal yükləri daşıyacaq qatarın müntəzəm olaraq fəaliyyət göstərməsi Bakı-Tbilisi- Qars dəmir yolu ilə daşınan yüklərin həcminin artmasına, bu xəttin imkanlarının genişlənməsinə və rəqabətqabiliyyətinin güclənməsinə təkan verəcək.

Qeyd edək ki, Bakı-Tbilisi - Qars dəmir yolu ilə bu günə kimi 26 689 TEU konteyner daşınıb. Ötən il BTQ ilə daşınan konteynerlərin sayı 11 748 TEU olub. 2021 - ci ilin I -ci rübündə 2020 - ci ilin müvafiq dövrü ilə müqayisədə 83 % artım olub.

TURKUAZ expres blok qatarı ilə həmçinin, Avropadan Türkiyənin Qara dəniz və Aralıq dənizi limanlarına gətirilən yüklərin Azərbaycana çatdırılması nəzərə tutulur.

Qeyd etmək yerinə düşər ki, xüsusilə pandemiya dövründə, ölkələr arasında nəqliyyat əlaqələrinin məhdudlaşdığı bir şəraitdə dəmir yolu ilə daşımalar bir an da olsun dayanmadı və dəmiryolu öz effektivliyini bir daha göstərdi.

TURKUAZ exspres blok qatarı ilə gətirilən konteynerlər Abşeron Logistika Mərkəzinə çatdırıldıqdan sonra burada yaradılmış müasir A+ kateqoriyalı anbarlara boşaldılacaq. Yüklər çeşidləndikdən sonra yük sahiblərinin ünvanlarına çatdırılacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.