İqtisadiyyat

Azərbaycan Beynəlxalq Bankının əməkdaşları beynəlxalq turnirin qalibi oldu

13 Aprel 2021 13:15
Baxış: 749
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

MDB regionunun maliyyə və sığorta sektorunda fəaliyyət göstərən qurumların təmsilçiləri arasında  keçirilmiş "Finance Chess-2021" beynəlxalq şahmat turniri başa çatıb. Onlayn turnirdə Azərbaycan Beynəlxalq Bankının Maliyyə monitorinqi və komplayns departamentinin direktor müavini  Rauf Hacılı, Risklərin idarə edilməsi departamentinin direktor müavini Rəsul Mənsimli və Korporativ biznes departamentinin baş mütəxəssisi Kamran Rəhimli də iştirak edib.

Beynəlxalq turnirdə Azərbaycan, Rusiya, Qazaxıstan və Özbəkistandan ümumən 55 komanda yarışıb. Turnurdə Azərbaycan Beynəlxalq Bankı ilə yanaşı, SBER, SMP Bank, Qazprombank, Renessans Kredit, RİK, ATON, Nurbank, MAKS kimi tanınmış maliyyə qurumlarının təmsilçiləri rəqabət aparıblar.

Turnirdə Azərbaycan Beynəlxalq Bankının bütün əməkdaşları öz lövhələri üzrə ilk onluğa düşə biliblər. Risklərin idarə edilməsi departamentinin direktor müavini Rəsul Mənsimli finalda 100 faizli fərdi nəticə ilə bütün rəqiblərini üstələyək "Finance Chess - 2021"in qalibi olub.

Bankın Maliyyə monitorinqi və komplayns departamentinin direktor müavini  Rauf Hacılı isə turnirin sonunda bütün iştirakçıların iştirak etdiyi dostluq qarşılaşmalarında qələbə qazanaraq birinci yerə çıxıb. 

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının universal və faydalı məhsul və xidmətləri barədə məlumatları bankın filial və şöbələrindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.