İqtisadiyyat

Türkiyədən Azərbaycana sement ixracı azalıb

29 Mart 2021 19:22
Baxış: 1 029
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2021-ci ilin yanvar-fevral aylarında Türkiyədən Azərbaycana sement ixracı 2020-ci ilin eyni dövrü ilə müqayisədə 15 faiz azalaraq 4,81 milyon dollar təşkil edib.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

Fevral ayında Türkiyə Azərbaycana 2,891 milyon dollar məbləğində sement ixrac edib ki, bu da ötən ilin fevralı ilə müqayisədə 8,3 faiz çoxdur.

2021-ci ilin yanvar-fevral aylarında Türkiyənin dünya bazarlarına sement ixracı 2020-cü ilin ilk iki ayı ilə müqayisədə 2,1 faiz artaraq 609,554 milyon dollara bərabər olub.

Son 12 ay ərzində (fevral 2020-ci il - fevral 2021-ci il) Türkiyə 3,77 milyard dollar məbləğində sement ixrac edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.