İqtisadiyyat

Latviya ilə Azərbaycan arasında uçuşlar bərpa olunur

18 Mart 2021 14:39
Baxış: 646
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Latviya ilə Azərbaycan arasında sərnişin aviadaşımalarının bərpası hər iki ölkənin marağındadır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Latviyanın nəqliyyat naziri Talis Linkayts Azərbaycanın Riqadakı səfiri Cavanşir Axundovla görüşü zamanı deyib.

Nazir bildirib ki, Latviya həm Azərbaycana, həm də Avrasiyaya yükdaşımalarında potensial görür.

Qeyd edək ki, Latviyanın "airBaltic" aviaşirkəti 2021-ci il iyunun 2-dən başlayaraq Riqa-Bakı marşrutu ilə həftədə iki dəfə uçuşlar keçirəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.