İqtisadiyyat

Əli Əsədov səhiyyə xərclərini açıqladı

16 Mart 2021 11:42
Baxış: 851
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Koronavirus pandemiyası ilə sistemli şəkildə mübarizə aparılır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Baş nazir Əli Əsədov parlamentin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2020-ci il üzrə hesabatının müzakirəsi zamanı deyib.

Baş nazir bildirib ki, dövlət başçısının tapşırığı ilə ölkəmizin bütün resursları pandemiya ilə mübarizəyə cəlb edilib.

Ə.Əsədov vurğulayıb ki, ölkədə maska və dərman qıtlığının aradan qaldırılması, laboratoriyaların sayının artırılması təmin edilib, modul tipli xəstəxanalar yaradılıb, o cümlədən xarici ölkələrdən tibbi personal dəvət edilib.

Baş nazirin sözlərinə görə, ötən il pandemiya ilə bağlı səhiyyə xərcləri 644 milyon manat təşkil edib.

Koronavirusa Dəstək Fonduna 114 milyon manat toplanılıb və fondun maliyyə vəsaiti hesabına vaksinlər alınıb ölkəmizə gətirilib. Nazir bildirib ki, bu günə qədər artıq 460 min nəfərə yaxın əhali vaksinasiya olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.