İqtisadiyyat

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı

4 Mart 2021 11:57
Baxış: 918
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən il ərzində Azərbaycana idxal oluan avtomobillərin sayı açıqlanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bu gün keçirilən mətbuat konfransında bildirib ki, 2020-ci il ərzində Azərbaycana 53729 nəqliyyat vasitəsi idxal olunub ki, bu da 2019-cu illə müqayisədə 12 faiz çoxdur.

S.Mehdiyevin sözlərinə görə, 2019-cu ildə ölkəmizə 47 709 nəqliyyat vasitəsi idxal olunub. Komitə sədri qeyd edib ki, ölkəyə idxal olunan avtomobillərin böyük əksəriyyəti istismar olunmuş avtomobillərdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.