İqtisadiyyat

Birinci kəşfiyyat quyusunun qazılması üçün bütün icazələr alınıb - BP

1 Mart 2021 16:28
Baxış: 620
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Abşeronun dayaz sularında (SWAP layihəsi) birinci kəşfiyyat quyusunun qazılması üçün bütün zəruri icazələr alınıb.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə BP şirkətindən bildiriblər.

Layihə çərçivəsində Abşeron yarımadasının dayaz sularında üç perspektiv sahədə kəşfiyyat quyularının qazılması planlaşdırılır. Qazma işləri birinci qurğunun qazıntısı üçün seçilmiş qazma qurğusunun modernləşdirilməsi başa çatdıqdan sonra başlayacaq.

Qeyd edək ki, bir neçə gün əvvəl Qazaxıstanın "KMG Drilling&Services" və Azərbaycanın "Caspian Drilling Company" şirkətləri Xəzər dənizinin Azərbaycan sektorunda "Satti" qaldırıcı üzən qazma qurğusunun quyular qazması barədə Saziş imzalayıb.

Qurğunun modernləşdirilməsi işlərinin bu il martın sonu - aprelin əvvəlində başa çatdırılması planlaşdırılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.