İqtisadiyyat

Yaxın günlərdə Yevlaxda KOB Evinin açılması planlaşdırılır

1 Mart 2021 12:06
Baxış: 379
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yaxın günlərdə Yevlaxda KOB Evinin açılması planlaşdırılır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə heyətinin sədri Orxan Məmmədov Agentliyin 2020-ci il üzrə fəaliyyətinə həsr olunmuş brifinq zamanı deyib.

O bildirib ki, eyni zamanda Bakıda KOB Evinin təşkil olunması üzrə işlər davam edir.

O.Məmmədov əlavə edib ki, sahibkarlara göstərilən xidmətlərin təkmilləşdirilməsi məqsədilə 2020-ci ilin fevralında Xaçmazda ilk KOB Evi işə başlayıb. Həmin KOB Evində sahibkarlıq subyektlərinə 20 759 xidmət göstərilib:

"Göstərilən xidmətlərdən məmnunluq səviyyəsi 98 faiz təşkil edir. Hazırda Xaçmazdakı KOB Evində dövlət strukturları tərəfindən 150-dək "G2B", 8 özəl şirkət tərəfindən 100-dək "B2B" xidmətləri göstərilir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.