İqtisadiyyat

Bakı, Ankara və Aşqabad İpək Yolunun yeni sərhədləri müəyyənləşir - TÜRKİYƏDƏN BAXIŞ

1 Mart 2021 11:48
Baxış: 779
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə-Azərbaycan-Türkmənistan Xarici İşlər Nazirləri 2014-cü ildən bəri üçtərəfli iclasları keçirir və və ortaq açıqlamalar yayırlar.

Milli.Az bildirir ki, bunu Day.Az-a "Damnus Energy & Investment Inc."in İdarə Heyətinin sədri Nüsrət Comərt deyib.

Onun sözlərinə görə, nazirlər 5-ci toplantısını bu günlərdə keçirdi. Beynəlxalq münasibətlərin ən vacib hissələri milli təhlükəsizlik, geosiyasət və iqtisadiyyatdır. Dünyanı silkələyən və bütün tarazlığı təhdid edən pandemiya prosesi, təhlükəsizlik və iqtisadi təsirlər son görüşdə beynəlxalq münasibətlərə yeni bir ölçü gətirdi və bu mövzular da müzakirə edildi.

"Yenə də geosiyasət və müdafiə sahələrində, Monteneqro, Suriya və Şərqi Aralıq dənizindəki son hadisələr bu üçtərəfli görüşə xüsusi əhəmiyyət verdi. Bu çərçivədə son onilliklərdə tərəflər üçün mühüm strateji və çox uzunmüddətli bir məsələ olan Şərq-Qərb dəhlizi də müzakirə edildi. Bu, TANAP-ın müvəffəqiyyətinin davamlılığı və gələcək inkişafı üçün çox vacibdir. Eynilə, müasir ipək yolu çərçivəsində dəmir yolu nəqliyyatı ilə liman nəqliyyatı arasındakı əməkdaşlıqla əlaqədar qəbul edilən qərarlar çox vacibdir. SOCAR-ın Türkiyədə yatırımları, əlavə təbii qaz tədarükü, iki ölkə arasında qarşılıqlı iqtisadi bağlılığı artırıb, zənnimcə, yeni potensial əməkdaşlığı yaradır. Bu səbəblərdən bu üçtərəfli görüşlər çox əhəmiyyətlidir", - o deyib.

Aslan Məmmədov
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.