İqtisadiyyat

Ötən il KOBİA-nın təşəbbüsü ilə iki normativ-hüquqi akt təsdiq edilib

1 Mart 2021 11:40
Baxış: 407
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən il kiçik və orta biznes sahəsində vahid dövlət siyasətinin formalaşdırılması və tənzimlənməsi çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşəbbüsü ilə iki normativ-hüquqi akt təsdiq edilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Agentliyin İdarə heyətinin sədri Orxan Məmmədov KOBİA-nın 2020-ci il üzrə fəaliyyətinə həsr olunmuş brifinq zamanı deyib.

Onun sözlərinə görə, ötən il müxtəlif sahələri əhatə edən 86 normativ sənəd layihəsi üzrə rəylər verilib.

O.Məmmədov qeyd edib ki, 2020-ci ildə Agentliyə 3 187 müraciət daxil olub, onlardan 890-ı KOB maraqlarına aid olub. Həmin müraciətlərdən 28 faizi dövlət biznes platformaları çərçivəsində həll olunub, 54 faizi üzrə qanunvericiliyin müvafiq tələbləri izah olunmaqla müvafiq rəy verilib, 11 faizi isə müvafiq strukturlara göndərilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.