İqtisadiyyat

Pomidor ixracının artırılması üçün Azərbaycanda işçi qrupu yaradılıb

28 Yanvar 2021 15:54
Baxış: 1 160
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2025-ci ilədək Azərbaycan pomidor ixracını 50 milyon dollar artırmağı planlaşdırır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu AZPROMO-nun prezidenti vəzifələrini icra edən Yusif Abdullayev Fondun 2020-ci il üzrə fəaliyyətinin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

O xatırladıb ki, ötən il Azərbaycan 200 milyon dollar məbləğində pomidor ixrac edib.

Onun sözlərinə görə, Azərbaycan kiçik həcmdə pomidor istehsal edən onu ixrac etmək niyyətində olan ailə təsərrüfatlarını vahid kooperativdə birləşdirməyə başlayacaq:

"Kooperativin yaradılması fikri ailə təsərrüfatlarının xarici bazarlara çıxışını asanlaşdırmağa əsaslanır. Layihənin reallaşdırılmasına gələn ay başlanacaq. Bununla əlaqədar olaraq AZPROMO və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi birgə İşçi qrupu yaradıb. Layihəyə həm də Qida Təhlükəsizliyi Agentliyi cəlb edilib".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.