İqtisadiyyat

Azərbaycan Yaponiya və Pakistanda ticarət evləri aça bilər

28 Yanvar 2021 17:16
Baxış: 555
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan məhsullarının ixracının dəstəklənməsi məqsədilə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) Yaponiya və Pakistan bazarlarını tədqiq edir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu AZPROMO-nun prezidenti vəzifələrini icra edən Yusif Abdullayev Fondun 2020-ci il üzrə fəaliyyətinin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, həmin bazarların tam təhlilindən sonra Yaponiyada və Pakistanda ticarət evlərinin açılması planlaşdırılır.

Y.Abdullayev xatırladıb ki, Azərbaycanın ilk ticarət evi 2017-ci ildə Belarusda açılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.