İqtisadiyyat

Yunanıstan parlamenti Azərbaycan qazı ilə bağlı qanun layihəsini ratifikasiya etdi

27 Yanvar 2021 13:07
Baxış: 885
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yunanıstan parlamenti Yunanıstan-Bolqarıstan interkonnektorunun (IGB) tikintisinə icazə verən qanun layihəsini ratifikasiya edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, qanun layihəsini hakim "Yeni demokratiya" partiyası ilə yanaşı iki müxalifət partiyası da dəstəkləyib.

Qeyd edək ki, Bolqarıstan artıq IGB ilə bağlı ikitərəfli əməkdaşlıq sazişini təsdiq edib.

IGB layihəsi hazırda tikinti mərhələsindədir. Yunanıstan ətraf mühit və energetika naziri Kostas Skrekas bildirib ki, tikintinin 52 faizi başa çatıb və layihənin bu ilin sonunadək hazır olunnması gözlənilir.

IGB daha sonra Azərbaycan qazını Avropaya nəql edən Trans-Adriatik boru kəməri (TAP) ilə birləşəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.