İqtisadiyyat

FAO azad edilmiş ərazilərimizdə kənd təsərrüfatını inkişaf etdirəcək

26 Yanvar 2021 18:30
Baxış: 1 111
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

BMT Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Azərbaycanın azad edilmiş ərazilərində Azərbaycanın təyin etdiyi prioritetlər əsasında kənd təsərrüfatının inkişafına dəstək göstərməyə hazırdır.

Milli.Az bildirir ki, bunu Trend-ə FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Koordinasiya Ofisindən bildiriblər.

Qeyd olunub ki, yaxın illərdə azad edilmiş ərazilərdə BMT üçün qəbulolunan mexanizmlər çərçivəsində kənd təsərrüfatının inkişafı istiqamətində işlərin başlaması planlaşdırlır: "Hazırda BMT üçün əsas prioritet bu ərazilərin minalardan təmizlənməsidir. Bununla əlaqədar olaraq Azərbaycana dəstək məqsədilə ilkin qiymətləndirmələr aparılır".

Bundan başqa, təşkilatdan bildiriblər ki, Azərbaycan hökumətinin müraciəti əsasında BMT post-münaqişə tələbləri üzrə qiymətləndirmə işlərinin hökumətlə müzakirəsini keçirəcək: "BMT-nin dəstəyi bu ərazilərin tam təhlükəsiz olmasından sonra məcburi köçkünlərin qayıtması üçün zəruri olan prioritet istiqamətlər əsasında formalaşacaq".

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.