İqtisadiyyat

İşğaldan azad olunan ərazilərdə qaz xətləri çəkiləcək

26 Yanvar 2021 17:40
Baxış: 921
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İşğaldan azad olunan ərazilərdə qaz xətlərinin çəkilməsi ilə bağlı ilkin layihə işlərinə başlanılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev deyib. O bildirib ki, artıq bununla bağlı layihələndirmə işləri aparılır:

"Dövlətin müəyyən etdiyi proqram üzrə işlər davam etdirilir. Həmin ərazilərə magistral qaz kəməri çəkilməlidir. Bununla bağlı hələ ki, layihə-axtarış işləri gedir. Konkret hansısa işlərə başlanması vaxtı hələ ki, məlum deyil".

R.Əliyev qeyd edib ki, ilkin mərhələdə Araz çayı boyunca magistral xəttin çəkilməsi nəzərdə tutulur. Oradan isə Qarabağ rayonlarına və Dağlıq Qarabağa qaz xətləri paylanacaq. Bunlar ilkin layihədir və ola bilər ki, layihə dəyişsin".

Baş direktor qeyd edib ki, artıq işğaldan azad olunan ərazidə köhnə qaz xətləri keçən yerlər müəyyən edilib və inventarlaşdırılıb: "Magistral xətt çəkiləndən sonra tələbat müəyyənləşdiriləcək, hansı ərazidə sənaye müəssisələrinin olacağı dəqiqləşdiriləcək. Əhalinin yerləşdiriləcəyi ərazilər və bu ərazilərə görə tələbat müəyyən edilməlidir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.