İqtisadiyyat

Fərdi sahibkarla əməkdaşlıq qurmaqla sahibkarlığın inkişafına töhfə veriləcək - ETSN

26 Yanvar 2021 17:25
Baxış: 472
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda ovçuluq təsərrüfatlarında ovlanması nəzərdə tutulan heyvanların sayının artırılması və ovçuluq təsərrüfatlarında bu kimi fəaliyyətin daha da genişləndirilməsi nəzərdə tutulur. Bununla bağlı artıq bir ovçuluq təsərrüfatında pilot layihəyə başlanılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu ETSN Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev "Ekspert saatı"nda bildirib.

Onun sözlərinə görə, məqsəd fərdi sahibkarla əməkdaşlıq qurmaqla sahibkarlığın inkişafına töhfə verməkdir. Digər tərəfdən, həmin təsərrüfatların daha intensiv inkişaf etdirilməsi, infrastrukturunun yaxşılaşdırılması bəzi növlərin sayının artmasına gətirib çıxara bilər: "Bu, müasir istirahət növünün formalaşmasına gətirib çıxara bilər. Hazırda bu istiqamətdə pilot layihə üzrə bir təsərrüfatda iş aparılır. Digər təsərrüfatlarda da bu işi genişləndirməyi nəzərdə tuturuq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.