İqtisadiyyat

İrandan gələn yük maşınları ilə bağlı GÖMRÜKDƏ YENİLİK

26 Yanvar 2021 16:17
Baxış: 990
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İran yük maşınları məhsulları gömrük postunda boşaltmadan Azərbaycana daşımağa başlayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu İranın Gömrük Administrasiyasının beynəlxalq əməkdaşlıqlar idarəsinin baş direktoru Hüseyn Kaxəki deyib. Onun sözlərinə görə, bununla əlaqədar Tehranda keçirilən Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 14-cü iclasında razılaşma əldə olunub.

Kaxəki əlavə edib ki, bundan öncə koronavirus pandemiyası ilə əlaqədar məhsullar gömrükdə İranın yük maşınlarından boşaldılaraq Azərbaycanın yük maşınlarına yüklənirdi. Bu isə Astara gömrüyündə sıxlığın yaranması və yük maşınlarının ləngiməsi ilə nəticələnirdi.

Qeyd edək ki, 18 yanvarda İran paytaxtı Tehranda Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 14-cü iclası keçirilib. İclasda bir sıra sahələr üzrə əməkdaşlıqların inkişaf etdirilməsi məqsədilə sənəd imzalanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.