İqtisadiyyat

Azərbaycanın maliyyə bazarında yeni investisiya şirkəti - "MFX-Trading"

19 Yanvar 2021 15:27
Baxış: 479
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanın maliyyə bazarında yeni investisiya şirkəti "MFX-Trading" ASC fəaliyyət göstərməyə başladı. Bakı Fond Birjasının üzvülüyünə qəbul olunmuş Şirkət öz fiziki və korparativ müştərilərinin yerli emitentlərin qiymətli kağızlarının alışı və satışı üzrə sifarişlərini yerinə yetirir.

Bundan başqa "MFX-Trading" şirkəti tərəfindən Azərbaycanda ilk dəfə Forex bazarında öz vəsaitləri ilə ticarət əməliyyatları həyata keçirən müştərilərə üstün funksionallığına görə ən qabaqcıl ticarət platforması hesab edilən "Meta-Trader 5" terminalı təklif edilmişdir.

Şirkətin saytında (www.mfx.az) online rejimdə qeydiyyatdan keçərək hesab açmaq, hesaba plastik kart vasitəsilə vəsait yatırmaq və ticarət platformasını yükləyərək dünya birjalarına qoşulub müstəqil şəkildə ticarət əqdləri icra etmək üçün bütün imkanlar yaradılmışdır. Qeydiyyat prosedurlarını "MFX-Trading" şirkətinin biznes tərəfdaşı olan "Muğanbank" ASC-nin yerli filialları vasitəsilə də həyata keçirmək mümkündür.

"MFX-Trading" şirkətinin təklif etdiyi xidmətlər siyahısına, həmçinin Microsoft, Nike, Coca-Cola, Apple, McDonald's, Boeing, American Express, Amazon, Facebook kimi dünyanın aparıcı şirkətlərinin hissə sənədlərinin (səhm) real alışı vasitəsilə investisiya yatrımları etmək imkanları da daxildir.

Valyuta risklərinin hedc edilməsində mühüm əhəmiyyət kəsb edən fyuçers, opsion və digər maliyyə alətləri ilə əməliyyat aparmaq istəyən sahibkarlar üçün Şirkətin yüksəkixtisaslı mütəxəssisləri tərəfindən geniş məsləhət xidmətləri də göstərilir.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.