İqtisadiyyat

Azərbaycan və İran arasında dəmiryol sahəsində əməkdaşlıq memorandumu imzalanıb

18 Yanvar 2021 17:47
Baxış: 632
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İranın paytaxtı Tehran şəhərində Azərbaycan və İran arasında dəmiryol sahəsində əməkdaşlıqların inkişaf etdirilməsi üzrə memorandum imzalanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, əməkdaşlıq memorandumunu Azərbaycanın Dəmir Yolları QSC-nin sədri Cavid Qurbanov və İranın yol və şəhərsalma nazirinin müavini və İranın Dəmiryol Şirkətinin icra direktoru Səid Rəsuli imzalayıb.

Memoranduma əsasən, iki ölkənin məhsul tranziti ildə 2 milyon ton artacaq.

Hər iki tərəf memorandum çərçivəsində dəmiryol əməkdaşlıqlarının inkişaf etdirilməsi üzrə razılığa gəliblər.

Qeyd edək ki, ötən ildə koronavirus pandemiyasının yayılmasına baxmayaraq, iki ölkə arasında dəmiryol vasitəsi ilə məhsul tranziti 480 min tondan çox olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.