İqtisadiyyat

İqtisadiyyat Nazirliyi Qarabağın çiçəklənən regiona çevrilməsinə kömək edəcək - Mikayıl Cabbarov

15 Yanvar 2021 13:40
Baxış: 629
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun gücü sayəsində erməni işğalından azad edilmiş ərazilərə gözlənilən Böyük qayıdış başlayır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

O qeyd edib ki, İqtisadiyyat Nazirliyi və Qarabağ Dirçəliş Fondu Qarabağın yüksək rifah səviyyəsi olan regiona çevrilməsi üçün dəstək göstərəcək.

Xatırladaq ki, bir müddət əvvəl M.Cabbarov işğaldan azad edilmiş ərazilərin bərpası və inkişafı konsepsiyasının hazır olduğunu bildirmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.