İqtisadiyyat

Füzulidə 28 min hektardan çox ərazidə buğda səpilib

6 Yanvar 2021 15:07
Baxış: 799
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda 2021-ci ilin məhsulu üçün payızlıq bitkilərin kütləvi səpini başa çatmaq üzrədir və 2020-ci ilin dekabr ayının 24-ü vəziyyətinə 976730,7 hektar sahədə dən və yaşıl yem üçün payızlıq bitkilər səpilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, səpin aparılmış sahənin 98,5 faizini və yaxud 962402,7 hektarını dən üçün payızlıq bitkilər təşkil edib ki, onun da 594896,6 hektarı buğda, 367230,1 hektarı arpa, 276,0 hektarı isə çovdar əkinlərinin payına düşür.

Ən çox buğda bitkisi Şəki şəhəri (36180,3 ha) və Cəlilabad (56500,0 ha), Şamaxı (30371,8 ha), Füzuli (28559,0 ha), İsmayıllı (22719,0 ha), Ağcabədi (21612,1ha), Qobustan (18927,0 ha) rayonlarında, ən çox arpa bitkisi Şəki şəhəri (29922,7 ha) və Neftçala (34470,0 ha), Kürdəmir (26760,4 ha), Biləsuvar (19334,0 ha), Ağsu (17326,0 ha), Ağdaş (13386,0 ha), Goranboy (13365,0 ha) rayonlarında səpilib.

Ötən ilin eyni dövrü ilə müqayisədə dən üçün payızlıq bitkilərin səpin sahəsi 4,8 faiz, o cümlədən buğdanın səpin sahəsi 7,2 faiz, arpanın səpin sahəsi 0,6 faiz, çovdarın səpin sahəsi 21,1 faiz azalıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.